Bayram üçün bazarlıq etmək istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bakıda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə sayca səkkizinci "Kənddən Şəhərə" Yeni il yarmarkası öz işinə başlayıb.
BAKU.WS-in məlumatına görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan yarmarka dekabrın 30-dək davam edəcək.
Məqsəd kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların satış imkanlarını genişləndirmək, fermerlər üçün yeni bazar çıxışları yaratmaq və bayram günləri ərəfəsində paytaxt sakinlərini yerli, keyfiyyətli və münasib qiymətli kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir.
"Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin üzvü Faiq Hüseynov BAKU.WS-ə bildirib ki, yarmarkada ölkənin 35 bölgəsindən gələn təxminən 80 fermer iştirak edir: "Onlar öz təsərrüfatlarında yetişdirdikləri 140-dan çox müxtəlif məhsulu alıcılara təqdim edirlər. Fermerlər yarmarkada satış üçün zəruri olan yer, piştaxta, tərəzi və digər avadanlıqlarla tam ödənişsiz şəkildə təmin ediliblər.
Satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunur. Məhsullarla bağlı şübhəsi olan vətəndaşlar yarmarka ərazisində fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət edərək analiz aparılmasını təmin edə bilərlər".
Faiq Hüseynov həmçinin əlavə edib ki, "Kənddən Şəhərə" yarmarkalarının əhatəsi böyüyüb:
"Bu il yarkarların sayı ilk dəfə olaraq 10-a qədər artırılıb. "Əhmədli", "Neftçilər", "Qara Qarayev", "Nəriman Nərimanov" və digər metrostansiayaların qarşısında yarmarkalar təşkil olunur. Bakı ilə yanaşı eyni yarmarka Sumqayıt şəhərində də təşkil edilir".
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında – "Gənclik" metro stansiyasının çıxışında, Atatürk parkının qarşısında təşkil olunan "Kənddən Şəhərə" yarmarkasında satışa çıxarılan məhsulların mövcud qiymətlərini təqdim edirik:
Orxan Hüseyn
Oxşar xəbərlər
Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir
"Baku Med" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki buraxılışı endokrinoloji xəstəliklərə həsr olunub. Proqramda şəkərli diabet, qalxanabənzər...