Bayram günündə avtobusların işləyib işləməyəcəyinə aydınlıq gətirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.
Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, məlum olduğu kimi 26 iyun Silahlı Qüvvələr günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir.
Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.
Oxşar xəbərlər
Bakı metrosu və avtobusların şənbə-bazar günü iş qrafiki açıqlandı
Şənbə günü Bakıda sərnişin marşrutları fəaliyyətini yenidən dayandıracaq. BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məluma...