Bakı metrosu və avtobusların şənbə-bazar günü iş qrafiki açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Şənbə günü Bakıda sərnişin marşrutları fəaliyyətini yenidən dayandıracaq.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq. Əvvəlcədən də məlumat verildiyi kimi, 20 iyun bazar günü olmasına baxmayaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.
Bakı Metropolitenindən isə BAKU.WS-ə bildirilib ki, sabah və bazar günü Bakı metrosu işləyəcək.
Oxşar xəbərlər
İctimai nəqliyyatdan istifadə edənlərə ŞAD XƏBƏR: Sabah avtobuslar işləyəcək
"12 iyun (şənbə günü) Bakı şəhərində müntəzəm marşrut xətti üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcəklər". BAKU.WS xəbər verir ki, bu barədə Bak...