Bayram günləri qidalanmada yol verilən səhvlər - Diyetoloq nələri açıqladı?
Yeni il tətilindən sonra əksər insanlar çəki almalarından şikayətlənirlər.
Bayram günlərində ən çox yol verdiyimiz səhvlərdən biri həddindən artıq yeməkdir. Orqanizm birdən-birə normadan artıq kalori qəbul etdikdə piy ehtiyatını artırır.
Bəs bayram günlərində və bayramdan sonra nələrə diqqət etməliyik?
Diyetoloq Ləman Süleymanovanın sözlərinə görə, səhər erkən durmaq və günü su ilə açmaq vacibdir:
"Səhər menyusunda meyvə və tərəvəzə üstünlük vermək tövsiyə olunur. Təbii bitki lifləri gün ərzində qəbul edilən qidaların həzmini sürətləndirir. Bayram günlərində günorta yeməyini qəbul edib, axşam yeməyindən isə imtina etmək məsləhətdir".
Diyetoloqlar bildirirlər ki, bayram günlərində evdə qalmaq və normadan çox yatmaq da artıq çəki almağımıza şərait yaradır.
Mütəxəssislər qidaların qarışdırılması, artıq miqdarda qəbulu və alkoqoldan istifadənin mədə-bağırsaq problemlərinə də səbəb olduğunu bildirirlər. Buna görə də bayram süfrəsində düzgün seçim və qida balansının qorunması tövsiyə olunur.
Oxşar xəbərlər
Azərbaycan səyahət üçün dünyanın ən təhlükəsiz ölkələri arasında göstərilib
Azərbaycan səyahət üçün ən təhlükəsiz ölkələr sırasında yer alıb. BAKU.Ws-in məlumatına görə, World Travel Index tərəfindən açıqlanan reytinq siyahısında Azərba...