Baş nazirin müavini: "Azərbaycanda "uşaqpulu" verilmir" fikrini səsləndirmək doğru deyil

11
sen
2019
14:47
Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Bu mənada "ölkədə "uşaqpulu" verilmir" məntiqini qəbul etmirəm. BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.O qeyd edib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub: "Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur".Ə.Əhmədov vurğulayıb ki, bu baxımdan "Azərbaycanda "uşaqpulu" verilmir" fikrini səsləndirmək doğru deyil:"Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır. Siz bunu "uşaqpulu" formasında ifadə edirsinizsə, o zaman bu, araşdırılmalıdır. Güman edirəm ki, bu məsələ araşdırıla və qərar qəbul oluna bilər. Bir daha qeyd edirəm ki, aztəminatlı ailələrin dövlətdən güzəştalma mexanizmi və forması mövcuddur".
Oxşar xəbərlər
Uşaqpulu ilə bağlı yeni təklif - 400 manata 100 AZN
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) hesab edir ki, uşaqpulunun verilməsi ilə bağl fərqli ölkələrin təcrübəsini öyrəndiyi üçün Azərbaycanda İtaliya modelin...
