Azərbaycanda 5-dən çox uşağı olan ailələrə veriləcək uşaqpulu məlum oldu – MƏBLƏĞ
5-dən çox uşaq dünyaya gətirən qadınların sayı və onlara verilən müavinətin məbləği açıqlanıb.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan hökuməti tərəfindən çoxuşaqlı, aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinin rifah halının yaxşılaşdırılması üçün əhəmiyyətli işlər görülür:
""Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna əsasən, ünvanlı sosial yardım almaq hüququ olduqda 1 yaşınadək uşağı olan aztəminatlı ailələr müavinət ala bilər. 5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara uşaqların sağ olması şərtilə və axırıncı uşaq 1 yaşına çatdıqda hər uşağa 30 manat müavinət ala bilər”.
Rəsmi məlumata görə, 2016-cı ilin əvvəlinə 8984 nəfər qadın 5-dən çox uşağı olduğuna görə müavinət alır:
"Həmçinin, 1 yaşadək uşağı olan 5623 ailəyə müavinət verilir. Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi də öz növbəsində çoxuşaqlı, aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinə, eləcə də həssas və risk qrupundan olan ailələrə yardımlar edir. Bu yardımlar həm mənəvi, həm də maddi formada həyata keçirilir.
Mərkəzlər tərəfindən 2016-cı ildən bu günədək 77 çoxuşaqlı ailəyə sosial və tibbi xidmətlərə yönləndirmə, dil və kompyuter kurslarına cəlb olunma, hüquqi və psixoloji yardımlar və s. bu kimi xidmətlər göstərilib”.
BAKU.WS
Oxşar xəbərlər
Bu tarixdə doğulan məcburi köçkün uşaqlarına pul verilməyəcək
Azərbaycanda 2017-ci il yanvarın 1-dən etibarən doğulmuş məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək. BAKU.WS "Report”a istinadən xə...