Baş nazir bütün şəhidlərin adının məktəblərə verilməməsinin səbəbini açıqlayıb

“Şəhid adlarının əbədiləşdirilməsi məsələsinə gəlincə, ölkədə 4500-ə yaxın məktəb var. Bunun da 3600-ə qədəri adlıdır. Nəzərə almaq lazımdır ki, bəzi hallarda bir neçə şəhid eyni məktəbdə oxuyub. Yaxud da başqa səbəblərdən onların adı məktəblərə verilə bilmir”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflərə cavab olaraq deyib.
O xatırladıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə hər zaman yüksək diqqət və qayğı ilə yanaşır: “Mümkün olduğu qədər onlara bütün yardımlar göstərilir. Küçə və prospektlərə şəhid adlarının verilməsi məsələsi də qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıda yeni yaşayış kompleksinin açılışında - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üç...
