Baş infeksionistdən koronavirusdan sağalmış insanların vaksinasiyası ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Koronavirusa yoluxub sağlamış insanın vaksin edilməsinin zərəri yoxdur”.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, xəstəlik keçirmiş insanlarda vaksindən sonra anticisimlərin səviyyəsi yüksək olur:
“Vaksinin birinci dozası vurulandan sonra qoruyuculuq az olur. İkinci doza vurulandan sonra insanı qorumaq iqtidarında olan immunitet yaranır. İkinci doza vurulandan iki həftə sonra immunitet formalaşır”.
“Vaksinlərin effektivliyi 100 faiz deyil. Müəyyən insanlarda yoluxma ola bilər. Amma onlar xəstəliyi yüngül keçirəcək və ağırlaşma olmayacaq”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Sərt karantin rejimi bu halda tətbiq oluna bilər - AÇIQLAMA
“Vaksinasiya prosesi davam edir, qarşıda da bizi yaz fəsli gözləyir. Bu baxımdan hesab edirəm ki, maska taxsaq, sosial məsafə gözləsək, tələb olunan qaydalara r...