Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar barəsində tədbir görülüb - FOTO

Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar barəsində tədbir görülüb - FOTO
Foto
Sosial 32

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkinindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokollar tərtib edilib. Qum-çınqıl satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparılıb, bu fəaliyyətlə məşğul olmaq üçün aidiyyatı dövlət orqanlarından lisenziya almağın vacib olduğu onların diqqətinə çatdırılıb.

Həmçinin, məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması istiqamətində keçirilən nəzarət tədbirləri nəticəsində cari il ərzində bu kimi qayda pozuntusuna yol verən 80 nəfər müəyyən edilib. Onların barəsində protokol tərtib olunaraq barələrində inzibati tənbeh tədbiri görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Oğuz, Şəki, Qax, Balakən və Zaqatalada vəzifəli şəxslər cərimə olunub

Oğuz, Şəki, Qax, Balakən və Zaqatalada vəzifəli şəxslər cərimə olunub

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hall...

54 Sosial 17:42 25 may 2023

Son xəbərlər