“BakuBus”ın avtobuslarından kobud qayda pozuntusu - FOTO

10
may
2019
17:01
”BakuBus" MMC-yə məxsus avtobusları kobud qayda pozub. BAKU.WS xəbər verir ki, 21 nömrəli avtobus və daha bir ”BakuBus" avtobusu Kövkəb Səfərəliyeva küçəsində əks yola çıxaraq təhlükəli vəziyyət yaradıb. Sərnişinlərlə dolu avtobusun sürücüsü məsuliyyətsizlik edib və qəzalı vəziyyətin yaranmasına səbəb olub. Sözügedən mənzərəni DJ Tural (Yusifov) kameraya çəkərək sosial şəbəkədə paylaşıb. O, "Sənə güvəndiyim dağlar", deyə yazaraq yaranmış vəziyyətdən məyusluğunu ifadə edib.
Qalereya
Oxşar xəbərlər
“BakuBus” avtobusu bir manevrlə bütün yolu iflic etdi – VİDEO
Bakıda sərnişin avtobusu kobud şəkildə qaydanı pozub.Bu barədə paytaxt sakinləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.Bildirilir ki, hadisə “BakuBus” şi...
