Baku-Oxford School-un şagirdlərində koronavirus aşkarlanıb, lakin siniflər bağlanmır...
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtdakı özəl məktəblərdən birində - Baku-Oxford School-da şagirdlər arasında koronavirus yayılıb.
BAKU.WS-in Oxu.Az-a istinadən əldə etdiyi məlumata görə, COVID-19 infeksiyasının aşkarlanmasına baxmayaraq, məktəb tərəfindən siniflərin bağlanması qərarı verilməyib.
Təkcə oktyabrın 11-də iki şagirdin koronavirus testi pozitiv çıxıb. Həmin şagirdlər evə göndərilsə də, onlarla ünsiyyətdə olmuş digər şagirdlər, habelə müəllimlər karantinə alınmayıb.
Məsələ ilə bağlı Baku-Oxford School ilə əlaqə saxlanılsa da, məktəbdən zənglərə cavab verilməyib.
Oxşar xəbərlər
“Miniboss Business School”un keçirdiyi ilk milli çempionatın qalibi müəyyənləşdi - FOTO/VİDEO
Bu gün “Miniboss Business School” proqramı çərçivəsində Azərbaycanda startapçılar arasında ilk milli çempionat keçirilib. Bu proqram çərçivəsində ölkəmizdə uşaq...