Bakının mərkəzi küçələri təmirə bağlanır (FOTO)
Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
Bakı Şəhər Halqasından verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri son mərhələyə daxil olur və artıq martın 22-dən etibarən üst lay asfalt qatının çəkilməsinə başlanılacaq.
Bu səbəbdən, üst lay asfaltın döşənilməsi zamanı yarış trekinin tərkib hissəsi olan mərkəzi küçələr aprel ayının sonunadək, müxtəlif tarixlərdə olmaqla avtomobillərin hərəkəti üçün qismən bağlı olacaqdır.
Hərəkətin məhdudlaşdırılacağı həmin küçələr üzrə üst lay asfalt qatının döşənilmə tarixləri ilə təqdim edilən əlavədə göstərilib. Qeyd edək ki, təqdim edilmiş bu iş qrafiki hava şəraitindən asılı olaraq dəyişə də bilər.
BAKU.WS
Oxşar xəbərlər
Bakının tarixi yolları Formula 1-ə görə asfaltlanır
Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini...