“Bakmil” stansiyasına hərəkət 2 günlük bərpa edilib

“Bakmil” stansiyasına hərəkət 2 günlük bərpa edilib
Sosial 877
Avqustun 11-12-də təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına və əksinə, qatarların hərəkətinə qoyulmuş məhdudiyyət tətbiq edilməyəcək."Bakı Metropoliteni"nin mətbuat xidməti Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, sərnişinlər qeyd edilən tarixlərdə "Bakmil" stansiyasına və əksinə istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq hərəkət edə bilərlər.Qeyd edək ki, avqust ayının 8-dən yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı, müvəqqəti olaraq, 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.Qeyd edilən saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən - avqust ayının 13-dən tətbiq ediləcək.BAKU.WS

Son xəbərlər