Bakının yeni turistik məkanına çevriləcək Bibiheybət - FOTOREPORTAJ
Yeniliklərdən dərhal xəbərdar olun
Son zamanlar Bakıətrafı kənd və qəsəbələrdə abadlıq işləri genişlənir, gözoxşayan məkanların sayı artır.
Bu cür yerlərdən biri də gələcəkdə turizm marşrutuna salına biləcək Bibiheybət qəsəbəsidir. Əvvəllər bu əraziyə insanlar daha çox Bibiheybət məscidinə ziyarət üçün axın edirdisə, son görülən işlərdən sonra qəsəbənin bütünlüklə turistlərin sevimli məkanına çevriləcəyi gözlənilir.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hazırda qəsəbədə abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir. Evlərin qapı-pəncərələri yenilənir, eyvanlara dibçəklər qoyulur, divarlar müxtəlif rənglərə boyanaraq bəzədilir. İşlər tək bununla bitmir.
Bibiheybət qəsəbəsində yollara qəmbər döşənir, bərpaya ehtiyacı olan fasadlar yenilənir, kommunikasiya xətləri də dəyişdirilir. Ərazidə uşaq əyləncə mərkəzləri, söhbətkeşlərin quraşdırılması da gözlənilir.
Xatırladaq ki, abadlıq və yenidənqurma işləri Bakının Balaxanı, Əmircan və Ramanı kimi digər qəsəbələrində də aparılır. Bunlardan əlavə olaraq da, Mərdəkan, Novxanı, Buzovna, və s. kəndlərin də turizm məkanına çevriləcəyi bildirilir.
Qalereya
Oxşar xəbərlər
Vaxtilə ekoloji fəlakət zonası olan ərazilərin indiki halı - FOTO
Bir vaxtlar neft gölməçələri və geniş zibilliklərin yerləşdiyi ərazilər hazırda simasını dəyişərək daha çox turistik bir məkan olmaqdadır. BAKU.WS Trend-ə istin...