Bakının Tofiq Abbasov küçəsi təmir edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Tofiq Abbasov küçəsini əsaslı təmir edib.
BAKU.WS xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, təmir işləri küçənin Azər Manafov və Əli Vəliyev küçələri arasında yerləşən 640 metrlik hissəsində aparılıb. Təmir işləri 8 min kvadratmetrə yaxın sahəni əhatə edib. Bu zaman frezlənmə, yeni asfalt-beton örtüyünün döşənməsi, mövcud piyada səkilərinin bərpası, yeni səki daşlarının düzülməsi, üfüqi nişanlanma xətlərinin piyada zolaqlarının çəkilməsi işləri icra olunub. Bundan başqa küçə xüsusi parkinq yerləri ilə təmin olunub.
Bu il Nizami rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6,25 kilometri təşkil edən 9 küçə təmir edilir.
Qalereya
Oxşar xəbərlər
Bakının Tofiq Abbasov küçəsi əsaslı təmir edilir – FOTO/VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonundakı Tofiq Abbasov küçəsini son mərhələ üzrə əsaslı təmir edir. BAKU.WS xəbər verir ki, bu b...