Bakının möhtəşəm funikulyorundan FOTOSESSİYA
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıdakı funikulyorun rahat vaqonlarında hərəkət edən şəhərimizin sakinləri və qonaqları paytaxtın təkrarolunmaz mənzərəsini seyr edə bilərlər.
1960-cı ildə fəaliyyətə başlayan funikulyor 2012-ci ildə yenidənqurma və təmir işlərindən sonra yenidən paytaxt sakinlərinin və qonaqların istifadəsinə verilib.
Əsaslı təmirdən sonra funikulyorun aşağı və yuxarı vestibülləri, köhnə relsləri tamamilə təzələnib, yeni vaqonlar alınıb. Mexaniki və elektron qurğuları tamamilə dəyişdirilmiş funikulyorun hər iki stansiyası şüşədən hazırlanıb.
Bakı funikulyoru kompüter sistemi ilə idarə olunur. Hər hansı bir texniki nasazlıq aşkarlandıqda dərhal mərkəzə məlumat ötürülür. Beləcə, baş verə biləcək problemin qarşısını vaxtında almaq mümkün olur.
Xüsusi rahatlığı ilə seçilən vaqonlar isə sərnişinlərin ətrafı seyr etmələri üçün şüşəbəndlə əhatələnib. Funikulyorun 2 stansiyası var: "Bəhram Gur" və "Şəhidlər Xiyabanı".
BAKU.WS Trend-ə istinadən Bakı Funikulyorunun görüntülərini təqdim edir:
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...