Bakının mərkəzində çoxmərtəbəli binanın söküntüsünə BAŞLANDI - FOTO

Bakının mərkəzində çoxmərtəbəli binanın söküntüsünə BAŞLANDI - FOTO
Foto
Sosial 408

Paytaxtın Xətai rayonunda bina sökülür.

BAKU.WS Bizim.Media-ya istinadla xəbər verir ki, söhbət Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən 11 mərtəbəli binadan gedir. Cavanşir körpüsünün yaxınlığındakı binanın yerində Zəfər abidə kompleksinin tikiləcəyi ehtimal edilir. Artıq binadan sakinlər köçürülüb.

Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyəti sözügedən binanın ərazinin ümumi görünüşünə xələl gətirdiyini və dövlət sifarişi əsasında söküləcəyini açıqlamışdı.

Hətta köçürülmə ilə bağlı komissiya yaradıldığını və kompensasiyanın məbləğinin müəyyənləşdirildiyini də qeyd etmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər