Bakının mərkəzində avtobus dayanacağının qarşısında yol çökdü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının mərkəzində yol köçüb.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Nigar Etibar “Facebook” profilində paylaşıb
O, bildirib ki, avtobus dayanacağının qarşısında çökən yolun qəzalı olduğuna dair ətrafda heç bir işarə qoyulmayıb.
“Şeyx Şamil küçəsinin metronun "İçərişəhər" stansiyasına yaxın hissəsində avtobus dayanacağının qarşısında yol çöküb. Ətrafda yolun qəzalı olduğuna dair heç bir işarə yoxdur.
Elə çöküb ki, yuxarıdan düşən sürücü görmür. Dayanacaqda dayandığım 3-4 dəqiqə ərzində 2 maşın zədələndi”, - deyə jurnalist bildirib.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən açıqlama verilib.
Qurumdan BAKU.WS-ə bildirilib ki, bu barədə agentliyin aidiyyəti şöbəsi artıq məlumatlandırılıb.
Bildiririk ki, qısa müddət ərzində çökmənin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq və yolun asfalt-beton örtüyü bərpa ediləcək.
Oxşar xəbərlər
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi təsdiq edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. BAKU.WS xəbər verir ki, f...