Bakının iki qəsəbəsində işıq olmayacaq - XƏBƏRDARLIQ

Bakının iki qəsəbəsində işıq olmayacaq  - XƏBƏRDARLIQ
Sosial 622

Bu gün saat 13:00-dan etibarən gün ərzində Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisinə daxil olan 28 may və Nübar qəsəbələrində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Bu barədə BAKU.WS-ə “Azərişıq” ASC-nin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, fasilə “Azərenerji” ASC-nin tikilməkdə olan 330 kVt-luq Qobu elektrik stansiyasına böyük həcmli yüklərin gətirilməsi ilə əlaqədar olacaq.

"Azərişıq" yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyir!

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər