Bakının daha bir küçəsi təmir olunub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nəsimi rayonunun Rövşən Cəfərov küçəsini təmir edib.
BAKU.WS xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilir ki, ortalama eni 9,5 metr təşkil edən küçənin təmir olunan hissəsinin uzunluğu 550 metrdir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, yararsız səki daşları yenilənib, küçəyə yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa küçədə yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub və layihə hündürlüyünə qaldırılıb, küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunub.
Qalereya
Oxşar xəbərlər
Bu küçədə yol qovşağının yaradılması işləri yekunlaşır - FOTO
Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına...