Bakının bu rayonunda qəzalı binalar SÖKÜLÜR

Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsünə başlanılır.
BAKU.WS trend-ə istinadən görə, söküntü işləri Oksigen küçəsi, ev 1 ünvanında və Marat Əmirxanov küçəsi, ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalarda aparılacaq.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması işlərini Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, "Azərdövlətlayihə"yə 10 822 manat ödənilib.
Söküntü işlərinin bu ilin sentyabrın 15-dək yekunlaşdırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Binəqədi rayonunda nə baş verir? - Qanunsuz tikililərlə bağlı...
"Binəqədi rayonu, Zəngəzur küçəsində yaşanan ciddi problem barədə məlumat vermək istəyirik. Artıq 7 gündür ki, bu ərazidə su yoxdur". Bu barədə həmin küçədə yaş...