Bakının bu rayonlarında yaşayanların NƏZƏRİNƏ - Sabah günün 2-ci yarsınadək…

Bakının bu rayonlarında yaşayanların NƏZƏRİNƏ - Sabah günün 2-ci yarsınadək…
Sosial 3357

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.4-2, dəm qazı 1.6, azot-4 oksidin miqdarı Sumqayıt şəhərində 1.3, Gəncə şəhərində isə 1.1 dəfə normadan yüksək qeydə alınıb.

Toz proqnoz modellərinə əsasən müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir, dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

Sinoptik vəziyyətlə əlaqədar tozlu hava şəraitinin qısamüddətli olacağı və sabah günün ikinci yarısına qədər davam edəcəyi gözlənilir.

Oxşar xəbərlər

Havada toz dumanı müşahidə edilir

Havada toz dumanı müşahidə edilir

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirli...

35 Sosial 18:08 04 oktyabr 2022

Son xəbərlər