Bakının bu əraziləri qazsız qalacaq - Saat 10:00-dan...
Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinə təbii qazın verilişində fasilə yaranacaq.
BAKU.WS bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Yasamal rayonunun Nizami küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 13-də saat 10:00-dan işlər tamamlananadək qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Nizami, Bülbül, R.Rza, N.Rəfibəyli, T.Xəlil, M.İbrahimov, M.Muxtarov və İçərişəhər küçəsinin, eləcə də Azərbaycan prospektinin qaz təchizatında fasilə yaranacaq.
Oxşar xəbərlər
Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpələri buraxılıb
Bu gün Neftçala rayonu ərazisində, Kür çayının Xəzər dənizi ilə qovuşduğu hissədə 50 min ədəd nərəkimilər fəsiləsinə aid balıq körpəsi təbii mühitə buraxılıb. B...