Bakının 6 rayonunda və Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran, Xaçmaz rayonlarında suçəkmə işləri aparılır
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir.
BAKU.WS xəbər verir ki, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Binəqədi, Suraxanı və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi tədbirləri həyata keçirilir.
Nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 17-si azyaşlı olmaqla 166 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.
Qalereya
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...