Bakıda yolun ortasına qanlı heyvan başı asan qəssab cəzalandırıldı - FOTO

Bakıda yolun ortasına qanlı heyvan başı asan qəssab cəzalandırıldı - FOTO
Foto
Sosial 391

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Daxili İşlər Nazirliyi və yerli icra orqanlarının əməkdaşları ilə birgə Binəqədi rayonu, Biləcəri qəsəbə ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqəsində reyd keçirib.

BAKU.WS xəbər verir ki, keçirilən reyd zamanı obyektin sahibi Ceyhun Şükürovun dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qaydalara əməl etmədiyi müəyyən edilib.

Belə ki, o, səhər saatlarında insanların sıx olduğu ərəfədə heyvan kəsərək ətrafı çirkləndirib. Bundan başqa o, ətrafdan uşaq, yaşlı və xəstə insanların keçməsini nəzərə almadan qanlı başı və cəmdəyi yolun ortasından asıb.

Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 289.2-ci maddəsilə protokol tərtib olunub.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 289.2-ci maddəsi Baytarlıq haqqında qanunvericiliyin pozulması deməkdir. Buna görə obyekt sahibi 200 manat cərimələnir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər