DİN-dən yeniyetmələrin təhlükəli əyləncəsi ilə bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB

DİN-dən yeniyetmələrin təhlükəli əyləncəsi ilə bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Video
Sosial 1

Bakıda yeniyetmələrin yüksəklikdən avtomobil təkəri buraxaraq yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaratmaları ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bu hərəkət vətəndaşların qınağına səbəb olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, polis yayılan görüntülərdən məlumatlıdır.

"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq", - məlumatda vurğulanıb.

***08:15

Bakıda bir qrup şəxsin "əyləncəsi" təhlükəli vəziyyət yaradıb.

Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.

Belə ki, bir neçə yeniyetmə avtomobil təkərini yüksəklikdən buraxaraq magistral yola doğru hərəkət etməsinə tamaşa ediblər.

Onlar yaranmış təhlükəli vəziyyəti gülüşlə qarşılayıblar.

Oxşar xəbərlər

Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb

Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 17:00-a olan vəziyyət barədə yeni açıqlama y...

101 Sosial 18:21 10 yanvar 2023

Son xəbərlər