Bakıda yeni yol nişanları qoyulacaq - RƏSMİ - FOTO

Bakıda yeni yol nişanları qoyulacaq - RƏSMİ - FOTO
Sosial 373

Yaxın günlərdə paytaxtın Mikayıl Useynov küçəsində avtobus zolağının tələblərinə uyğun olaraq müvafiq yol nişanları qoyulacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

“Sürücülərdən hərəkətdə olarkən avtobus zolağının tələblərinə əməl etmələri xahiş olunur. Bu həm avtobusda hərəkət edənlərin rahatlığı, həm də lüzumsuz yerə cərimə olunmamağınız üçün faydalıdır. Zolağın tələblərinin pozulması inzibati məsuliyyət yaradır və bu qaydaları pozan şəxslər barədə cərimə sanksiyası tətbiq edilir.

Xüsusi hərəkət zolağı boyunca yalnız həmin küçədən keçən müntəzəm xətt avtobusları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər”, - deyə qurum bəyan edib.

Bakıda yeni yol nişanları qoyulacaq - RƏSMİ - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib

"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib

Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...

2354 Sosial 00:05 09 dekabr 2020

Son xəbərlər