Bakıda yeni metrostansiyanın tikintisinə hazırlıq başladı

Bakıda yeni metrostansiyanın tikintisinə hazırlıq başladı
Sosial 1016

Şərti adı “B4” olan metrostansiyanın inşası ilə bağlı ilkin hazırlıq mərhələsinə başlanılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən tədbirdə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, burada ən müasir inşaat üsulundan istifadə ediləcək:

“İnşa prosesi zamanı divarlarda qrunt üsulundan istifadə ediləcək. Bu metodun ən böyük üstünlüyü məhdud ərazidə maksimum keyfiyyətli iş prosesinə zəmin yaradır. Tikinti ərazisində müvafiq “svay”ların vurulması ekoloji cəhətdən təmizliyi təmin edəcək. Eyni zamanda qatarların hərəkəti zamanı ətrafa yayılan səsi məksimum dərəcədə azaldacaq”.

Qeyd edək ki, şərti adı “B4” olan metrostansiya Cəlil Məmmədquluzadə küçəsi, H.Əliyev adına İdman Kompleksinin arxasında inşa ediləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)

Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...

4511 Sosial 22:44 05 mart 2020

Son xəbərlər