Bakıda yeni avtobus dayanacağı pavilyonları quraşdırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda sərnişindaşıma infrastrukturunun təkmilləşdirilməsi davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu çərçivədə bu ilin 6 ayında 78 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil edilib. 51 ünvanda isə dayanacaq pavilyonu quraşdırılıb ki, bunlardan da 36-sı yeni müasir tipli pavilyondur. İşlərin böyük bir qismi şəhər mərkəzindən kənarda görülüb. Bununla yanaşı Suraxanı, Sabunçu, Xəzər və Qaradağ rayonlarının ərazisində 14 ünvanda yeni dayanacaq məntəqəsinin inşası üçün zəruri işlər görülüb.
"Qeyd olunan işlər daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla, mütəxəssislərimiz tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq həyata keçirilib", - deyə qurum bəyan edib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...