Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacaq - FAKTİKİ HAVA
Martın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günorta kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman olub, şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq.
Oxşar xəbərlər
Bayram günlərində bölgələrdə hava necə olacaq?
Azərbaycanın bölgələrində bayram günlərində, yəni martın 20-24-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə BAKU.WS-ə Milli Hidrometerologiya Xidmətindən mə...