Bakıda toy sahibi və 60 qonağı saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayonun ərazisində “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb.
Məlumata görə, toy mərasiminin təşkilatçısı və 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-nə gətiriliblər.
Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.
Araşdırmalar aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a faktı təsdiqləyib.
Oxşar xəbərlər
Ölkədə qadağa qoyulsa da, restoranlarda 2 gündür toy edilir
Azərbaycanda sərtləşdirilmiş karantin rejimi çərçivəsində avqustun 18-dən etibarən kafe və restoranların açıq havada fəaliyyətinə icazə verilməsindən sonra toy...