Tıxacların azaldılması üçün iş saatları DƏYİŞDİRİLƏCƏK

Tıxacların azaldılması üçün iş saatları DƏYİŞDİRİLƏCƏK
Təhlil
Sosial 180

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə dəyişkən iş qrafikinin tətbiqi gündəmdədir.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Deputat bildirib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda dövlət qurumlarının, təhsil və səhiyyə müəssisələrinin, eləcə də digər hüquqi və fiziki şəxslərin fəaliyyətinin dəyişkən iş rejimi əsasında təşkili nəzərdə tutulub.

Onun sözlərinə görə, bu mexanizmin 2026-cı ildə tətbiqi planlaşdırılır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yekunlaşmaq üzrədir. Sonrakı mərhələdə dəyişkən iş qrafikinin tətbiq ediləcəyi qurumların siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.

Vüqar Bayramov qeyd edib ki, bu model Avropanın bir sıra ölkələrində uğurla tətbiq olunur və iş saatlarının fərqli vaxtlarda başlaması səhər və axşam pik saatlarında nəqliyyat yükünün azalmasına müsbət təsir göstərir.

Deputat əlavə edib ki, dəyişkən iş rejimi tıxac problemini tam aradan qaldırmasa da, onun azaldılması istiqamətində mühüm addımlardan biri hesab olunur. Bununla yanaşı, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və əlavə tədbirlərin görülməsi də vacib olaraq qalır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər