Bakıda tikinti aparılan ərazidəki ağaclar nəzarətə götürüldü - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonu, Məhəmməd Hadi küçəsi 116 G ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmətin rəsmisi Vaqif Cavadov BAKU.WS-ə bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib.
“Araşdırma zamanı torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə vətəndaş Şahxanım Əhmədovanın istifadəsinə verildiyi məlum olub”.
V.Cavadov qeyd edib ki, tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və qorunub saxlanılması məqsədilə obyektin sahibi Ş.Əhmədovaya təhvil verilib.
Oxşar xəbərlər
Ucuz avtomobillər satışa çıxarılır - "Land Cruiser" 15500, "Maxima" 4000 AZN - QİYMƏTLƏR
18 may 2021-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 61 nəqliyyat vasitəsi çıxarılıb. Qey...