Bakıda təhlükəli vəziyyət: Uçmaq üzrə olan eyvana çöpdən dirək verdilər - YENİLƏNİB - FOTO

Bakıda təhlükəli vəziyyət: Uçmaq üzrə olan eyvana çöpdən dirək verdilər - YENİLƏNİB - FOTO
Foto
Sosial 8

Yasamal rayonunda təhlükə saçan eyvanla bağlı rəsmi açıqlama verilib.

Yasamal Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, hazırda “Sovetski” kimi tanınan ərazidə uçmaq üzrə olan eyvanın sahibi ilə sığorta şirkəti arasında danışıqlar gedir:

“Tərəflər bir sıra şərtləri razılaşdıran kimi problem öz həllini tapacaq”.

***15:04

Yasamal rayonunda eyvan uçmaq üzrədir.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, rayonun Əlövsət Quliyev küçəsi, “Sovetski” kimi tanınan ərazidə uçmaq üzrə olan eyvana nazik taxta bərkidərək, el dili ilə desək, belinə çöpdən dirək veriblər.

Bu isə yoldan keçən şəxslərin həyatına ciddi təhlükə yaradır.

PhotoStock.az-ın sözügedən ərazidən lentə aldığı fotoları təqdim edirik:

Son xəbərlər