Bakıda TƏHLÜKƏLİ VƏZİYYƏT – Sakinlər qorxu içində
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda məhəllələrin birində köhnə daş divarın bir hissəsinin uçması nəticəsində təhlükəli vəziyyət yaranıb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi 31 və Məhəmməd Hadı küçəsi 106-da qeydə alınıb.
Sakinlər yaşayış binasına yaxın ərazidə baş verən bu hadisəni sürüşmə kimi təqdim edib. Onlar bildirib ki, sürüşmə nəticəsində daş parçaları pilləkənin üzərinə dağılıb, ərazidən keçən insanlar üçün ciddi təhlükə yaradıb.
Qeyd edək ki, görüntülərdə divarın üst hissəsində iri çatların olduğu, bəzi daşların isə tamamilə töküldüyü açıq-aydın görünür. Ərazidə vəziyyətin təhlükəli olduğu nəzərə alınaraq, bəzi daşlar müvəqqəti olaraq qırmızı iplə bağlanıb.
Qalereya
Oxşar xəbərlər
Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"
"Qayınatam oktyabrın 13-də, təxminən saat 11-12 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmişə evdən çıxıb geri qayıdan adam olub. Ağlı-başı yerind...