Bakıda təhlükəli vəziyyət: Əyilmiş nişan faciəyə yol aça bilər

Bakıda təhlükəli vəziyyət: Əyilmiş nişan faciəyə yol aça bilər
Sosial 84

Metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında quraşdırılmış düzünə yol nişanının bərkidici hissəsinin açıldığı və dirəyin əyilmiş vəziyyətdə olması ilə bağlı görüntülər paylaşılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, yol nişanının dayağı tam sabit deyil və istənilən vaxt aşma riski mövcuddur.

Nəzərə alsaq ki, nişan həm hərəkət iştirakçıları, həm də piyadalar üçün nəzərdə tutulmuş ərazidə yerləşir, bu vəziyyət potensial təhlükə yaradır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlasaq da, xəbərin mənasız olduğu bildirildi və sorğumuz cavabsız qaldı.

Qeyd edək ki, sözügedən texniki nasazlıq nəticəsində yol nişanı aşarsa, hər hansı xəsarət və ya daha ağır nəticə baş verərsə, məsələ artıq fərqli hüquqi və ictimai müstəvidə qiymətləndiriləcək. Bu zaman AYNA üçün xəbər "mənasız" statusundan çıxaraq insan həyatı üçün kəsb edən mahiyyət daşıyacaq.

Bunu da əlavə edək ki, yol infrastrukturunun təhlükəsiz vəziyyətdə saxlanılması məsul qurumların birbaşa öhdəliyinə daxildir və risk yaradan halların vaxtında aradan qaldırılması vacibdir.

Son xəbərlər