Bakıda təcili tibbi yardımla bağlı ŞİKAYƏT: Həkim briqadası göndərilməyib? - RƏSMİ CAVAB/VİDEO
Bakıda təcili tibbi yardımın fəaliyyəti ilə bağlı daha bir şikayət edilib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Şikayətçi iddia edib ki, 22:22 radələrində 103-ə zəng edərək təcili tibbi yardım çağırsalar da onların Nizami rayonu, Keşlə qəsəbəsindəki ünvanına həkim briqadası gəlməyib. Şikayət zamanı qeyd olunub ki, xəstə Gülşən Muradova mikro insult keçirib və bu səbəbdən 103-ə zəng olunub.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik və vətəndaşın ünvanına hansı səbəbdən təcili tibbi yardım maşının göndərilməməsini aydınlaşdırdıq.
Qurumun Mətbuat Xidmətindən BAKU.WS-ə bildirildi ki, xəstə Muradova Gülşənin adına 07.02.2024 tarixdə saat 16:16-da çağırış daxil olub: "Saat 16:19-da ünvana həkim briqadası göndərilib. “Baş ağrısı” diaqnozu ilə xəstəyə yerində yardım göstərilib.
Saat 22:22-də həmin xəstə üçün yenidən çağırış verilib. Saat 22:50-də ünvana yenidən briqada göndərilib. Xəstənin tibbi yardıma ehtiyacı olmayıb".
Oxşar xəbərlər
TƏBİB-in idarə olunması qaydası müəyyənləşib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə olunması qaydası müəyyənləşib. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyevin TƏBİB-in nizamnaməsin...