Bakıda su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, H.Mirzəyev küçəsində yerləşən "Butasu A" MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub.
Yoxlama zamanı qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan 150 ədəd 19 litrlik su bidonu, 105 ədəd 19 litrlik qablaşdırılmış su və istehsal tarixi qeyd edilməyən 384 ədəd 0.5 litrlik "Buta" əmtəə nişanlı qablaşdırılmış su aşkarlanıb.
Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Qalereya
Oxşar xəbərlər
Son bir ayda 82 plastik cərrah sənədlərini Səhiyyə Nazirliyinə təqdim edib, yoxlama aparılacaq
Ötən ilin dekabr ayının 27-dən bu günə qədər 82 plastik cərrah sənədlərini Səhiyyə Nazirliyinə təqdim edib. BAKU.WS xəbər verir ki, bu barədə nazirlik məlumat y...