Bakıda söküntüsü planlaşdırılan binaların sakinləri vəziyyətdən narazıdırlar
Bakıda söküntü işlərinin başlanması üçün iki dördmərtəbli binanın ətrafı hasarlanıb, lakin hələ də orada yaşayanlar var.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsindəki yataqxana binalarından gedir.
Bina sakinləri arasında tikinti şirkəti ilə razılaşıb gedənlərdən biri deyir ki, artıq iki ildir kirayə mənzilə köçüb.
Sakinlərin dediyinə görə, ərazidə çoxmərtəbəli bina tikiləcək. Lakin bəzi sakinlər hələ də razılaşma əldə olunmadığı üçün binalarda yaşamağa davam edirlər.
Sakinlərin sözlərinə görə, bir müddətdir MTK-nın nümayəndələri ümumiyyətlə əraziyə gəlmirlər. Hətta "Rahatlığın məkanı" tikinti şirkəti adını dəyişərək başqa adla əvəzləyib.
Şirkətin nümayəndəsi kimi sakinlərlə danışıq aparan şəxsin isə işdən çıxdığı barədə məlumatlar var. Həmin şirkətin sosial şəbəkədə yerləşdirdikləri əlaqə nömrələri isə zənglərə cavab verməyib.
Oxşar xəbərlər
Emin Əmrullayev yeni təyin olunan məktəb direktorları ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev Bakı, Gəncə, Sumqayıt şəhərlərində və müxtəlif bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorl...