Bakıda sərxoş sərnişin avtobus şüşəsini sındırdı – Sürücü hadisənin detallarını AÇIQLADI

Bakıda sərxoş sərnişinin avtobusun şüşəsini sındırmasının təfərrüatı məlum olub.
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, 2 gün əvvəl axşam saatlarında sərxoş vəziyyətdə olduğu ehtimal edilən orta yaşlı şəxs 65 saylı marşrut avtobusunun şüşəsini sındırıb.
Həmin vaxt avtobusu idarə edən sürücü Dünyamalı Mehtiyev bildirib ki, sözügedən şəxs əvvəlcə avtobusda başqa biri ilə mübahisə edib. Onun mübahisə etdiyi sərnişin yolda düşüb.
Daha sonra isə içkili sərnişin qapının şüşəsini sındırıb və heç nə olmamış kimi hadisə yerindən uzaqlaşıb.
Sürücü hadisə barədə dərhal polisə məlumat verib. D.Mehtiyev onu da bildirib ki, həmin şəxs avtobusa minərkən üzərində kartı da olmayıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb. Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Ag...
