Bakıda sərnişinlərə və sürücülərə müraciət

Bakıda sərnişinlərə və sürücülərə müraciət
Sosial 312

"Hazırda davam edən güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq".

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin sərnişinlərə müraciətində bildirilir.

"Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar.

Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiniz", - deyə qurum bəyan edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda avtobuslarla bağlı QƏRAR VERİLDİ

Bakıda avtobuslarla bağlı QƏRAR VERİLDİ

Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar şəhər nəqliyyatının normal fəaliyyətini təmin etmək və yarana biləcək problemlərin vaxtında aradan q...

3214 Sosial 12:10 17 yanvar 2019

Son xəbərlər