Bakıda səkkiz gündür işığı sönən binanın sakinləri etiraz etdilər - VİDEO
04
avq
2023
08:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının mərkəzində yerləşən bina və ətrafında olan 20-dən çox obyekt səkkiz gündür işıqsız qalıb.
Söhbət paytaxtın Zahid Xəliov 68 ünvanından gedir.
Sakinlər bildiriblər ki, sahibkarlardan 200 manat, vətəndaşlardan isə 100 manat məbləğində pulun yığılmasına baxmayaraq, problem səkkiz gündür ki, öz həllini tapmayıb.
Onların sözlərinə görə, yığılan məbləğ xarab olan transformatorun təmiri üçündür.
Əraziyə Baku TV-nin çəkiliş qrupunun gəlməsinin ardından binanın həyətinə yeni transformator gətirilərək quraşdırılıb.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
“Zəlzələ olsa, “makler evləri”nin hamısı uçacaq”
BAKU.WS kaspi.az-a istinadən bina və qurğuların dayanıqlılığının hesablanması üzrə mütəxəssis, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin müəllimi, te...