Bakıda polislər əhalinin sıx olduğu yerlərdə sakinləri yoxlayır - VİDEO

Bakıda polislər əhalinin sıx olduğu yerlərdə sakinləri yoxlayır - VİDEO
Video
Sosial 523

Koronavirus pandemiyası səbəbindən ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri DİN-in nəzarətindədir.

BAKU.WS Real TV-yə istinadla xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə paytaxtın küçə və yollarında polis naryadlarının sayı artırılaraq xidmətləri davam etdirilir.

Bu xidmətə Post Patrul Xidmətinin, Əlahiddə Çevik Polis Alayının əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları cəlb edilib.

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda icazə olmadan hərəkət edən şəxsləri, eləcə də nəqliyyat vasitələrinin sürücülərini və sərnişinləri yoxlayırlar.

Elçin İsgəndərovun sözlərinə görə polis naryadları əsasən əhalinin ən çox sıx müşahidə olunduğu yerlərdə gücləndirilib.

Qeyd edək ki, DİN lüzumsuz yerə çölə çıxan vətəndaşlara evdə qal kampaniyasına qoşulmağı tövsiyə edir.

Xatırladaq ki, Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin müddəti may ayının 31-nə kimi uzadılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər