Bakıda parkinq qiymətləri nə üçün bahalaşıb? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bir neçə yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər dəyişib.
BAKU.WS-in məlumatına görə, aprelin 1-dən tətbiq ediləcək tariflər əvvəlki ilə müqayisədə bir neçə dəfə bahalaşıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik və qiymət dəyişikliyi ilə bağlı rəsmi mövqe öyrəndik.
Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildiridi ki, AYNA-nın balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik – 4 manat 66 qəpik arasında dəyişir: "Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir.
Qeyd edək, Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqləri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır.
Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur.
Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib".
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...