Bakıda "Özbəkistan" parkının təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan" parkının təməlini qoyublar.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, "Özbəkistan" parkı böyükmiqyaslı mədəni-rekreasiya layihəsidir.
Burada Özbəkistanın, o cümlədən Daşkənd, Səmərqənd, Buxara, Xivə və Kokand regionlarının zəngin tarixini, memarlığını və mədəniyyətini əks etdirəcək nadir mühit yaradılacaq. Sahəsi 5 hektar olacaq park Özbəkistanın xəritəsi formasında salınacaq. Burada muzey, kinoteatr, amfiteatr, qüllə, Özbəkistanın milli mətbəx nümunələrinin təqdim olunacağı restoran və kafelər, ticarət zonası, suvenir və hədiyyələr mağazaları, zoopark, mehmanxana da fəaliyyət göstərəcək. Parkın əsas obyektləri Buxara, Səmərqənd və Xivədəki memarlıq nümunələri olacaq.
Qeyd edək ki, paytaxtdakı Ağ Şəhərdə salınacaq bu park Azərbaycan və Özbəkistan dövlətləri və xalqları arasında tarixən mövcud olan qardaşlığın, dostluğun rəmzidir. Bu parkın salınması ilə xalqlarımızın mədəni əlaqələri daha da möhkəmlənəcək.
Oxşar xəbərlər
Uşaqlarda ən çox rast gəlinən xəstəliklə bağlı həkimdən XƏBƏRDARLIQ
"Sağlam insanda haymor boşluqları hava ilə dolu olur. Lakin iltihab prosesi zamanı bu boşluqlarda patoloji maye toplanır". BAKU.WS-in məlumtına görə, bunu tibb...