Bakıda orta məktəbdə “Təbiəti qoruyanlar" mövzusunda "açıq dərs" keçirilib - FOTO

Bakıda orta məktəbdə “Təbiəti qoruyanlar mövzusunda açıq dərs keçirilib - FOTO
Foto
Sosial 147

Bakının Yasamal rayonunda yerləşən Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr edilmiş silsilə tədbirlər keçirilir.

BAKU.WS xəbər verir ki, bu tədbirlər çərçivəsində 7A sinif şagirdləri üçün “Təbiəti qoruyanlar" mövzusunda "açıq dərs" keçirilib.

"Açıq dərs" zamanı şagirdlər təbiətin qoynunda praktiki məşğələ keçiblər. Sinif rəhbəri Məlahət Ələkbərova şagirdlərə təbiəti sevməyin vacibliyini aşılayaraq onlarla birlikdə ağac əkərək, bitkilərə qulluq edib.

"Açıq dərs"dən görüntüləri təqdim edirik.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər