Bakıda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb

Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb.
BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.
O bildirib ki, hazırda Bakı Beynəlxalq Avtovağzalı Kompleksindən sərnişindaşıma yalnız Sumqayıt və Abşeron istiqamətində həyata keçirilir. Əvvəllər bu istiqamətdə gün ərzində 3 min nəfər daşınırdısa indi bu rəqəm 300 sərnişin olub. Bütün avtovağzallar və nəqliyyat vasitələrində mütəmadi dezinfeksiya işləri aparılır.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...
