Bakıda məşhur kollecdə təmir işləri görüləcək
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin binasında təmir və yenidənqurma işləri aparılacaq.
BAKU.WS-in məlumatına görə, layihənin məqsədi binanın köhnəlmiş hissələrinin yenilənməsi və daha təhlükəsiz, funksional vəziyyətə gətirilməsidir.
Təmir işləri əsasən dam örtüyü və döşəmə sahələrini əhatə edir. Belə ki, damda yararsız hala düşmüş su axıdıcı novlar və su qəbuledici elementlər söküləcək, onların yerinə yeniləri quraşdırılacaq. Eyni zamanda, mövcud novların təmizlənməsi də həyata keçiriləcək. Bundan əlavə, istifadəyə yararsız vəziyyətə düşmüş keramoqranit döşəmə örtüyü də söküləcək.
Qeyd edək ki, bu təşəbbüs təhsil müəssisəsinin infrastrukturunun yaxşılaşdırılması və tələbələr üçün daha rahat şəraitin yaradılması məqsədi daşıyır.
Oxşar xəbərlər
Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə "Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr və qida məhsullarını...