Bakıda məşhur generalla icra başçısı quda oldu: Gəlinə brilyant hədiyyə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri, general-leytenant Fazil Ələkbərovun oğlu ailə həyatı qurub.
BAKU.WS xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, məşhur generalın oğlu Əli Ələkbərli icra başçılarından birinin qızı ilə ailə həyatı qurub. Bakının ən möhtəşəm, böyük məkanlarından birində baş tutan məclisdə xeyli sayda rəsmi şəxslər iştirak ediblər. Fazil Ələkbərovun gəlininə bahalı brilyant hədiyyə etdiyi bildirilib.
Qeyd edək ki, Fazil Ələkbərov 2010–2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, 2015–2017-ci illərdə isə muxtar respublikanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, 2017-ci ildən 2021-ci ilə qədər daxili işlər naziri olub.
Oxşar xəbərlər
İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi- SİYAHI
Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncama əsasən bir nəfər 2-ci dərəcəli “V...