Bakıda məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı
Bakı şəhəri 323 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, valideynlərin və müəllim kollektivinin şikayəti əsasında Bakı şəhəri 323 nömrəli tam orta məktəbin direktoru ilə bağlı yerində araşdırma aparılıb.
Araşdırma nəticəsində direktor Günay Rüstəmova tərəfindən məktəbdə təlim-tərbiyə prosesinin təşkil edilməsi və həyata keçirilməsinin keyfiyyətsiz olması, şagirdlərin yekun nəticələrində düzəlişlər edilməsi, təlim nailiyyətləri kifayət etməyən bəzi şagirdlərə qanunsuz olaraq ümumi orta təhsil haqqında fərqlənmə attestatların verilməsi, həmçinin.
“Xüsusi hallar barədə” əmrin və “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında” Təlimatın tələblərinin pozulması müəyyən edilib.
Müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, öhdəlik və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə məktəb direktoru Günay Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Oxşar xəbərlər
Elinanın intiharı ilə bağlı direktor, müavini və psixoloq işdən çıxarılıb
Elinanın intiharı ilə bağlı məktəbin direktoru, müavini və psixoloqu işdən çıxarılıb.BAKU.WS xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov bugünkü mətbuat konf...